Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə "bitdi" - Ruslar artıq döyüşmək istəmirlər

Rusiya hərbçiləri Ukraynaya qarşı müharibədə iştirakdan kütləvi şəkildə imtina edir, çünki geriyə “200” kodlu yük kimi qayıtmaq istəmirlər. Ukraynalı bloqer Aleksandr Kovalenkonun əldə etdiyi məlumata görə, Rusiyanın Mərkəz hərbi dairəsininl  Altay vilayətinin Aleysk şəhərində dislokasiya olunmuş 35-ci motoatıcı briqadasının hərbçiləri Ukraynaya getməkdən imtina ediblər. Onların arasında komandir vəzifələrini tutan xeyli zabitlər də var.

Bloqer bildirir ki, hərbi hissədə hazırda çaxnaşma hökm sürür, çünki Ukraynaya getməkdən imtina edənləri xidmətdən azad etməklə hədələyirlər. Onlar isə öz növbəsində bu qərardan məhkəməyə şikayət edəcəklərini deyirlər, yaxud xəstəlik adı ilə məzuniyyətə çıxırlar. Hərbi hissə rəhbərliyi məsələnin böyüyəcəyindən və yuxarıların xəbər tutacağından qorxur, bildirilir ki, hərbi hissə rəhbərliyi müharibə istəməyənlərin hərəkətlərinə görə hiddətlənib.



Digər məlumata görə Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkilərin yerini doldurmaq üçün Liviyadakı rus hərbçilərini də geri çağırıb, amma onlar qayıtmaqdan imtina edirlər və Afrikada qalmaq üçün müxtəlif səbəblər tapırlar.

Xatırladaq ki, ötən gün Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Qarabağdakı süıhməramlılarının bir qismini və Ermənistandakı 102-ci bazanın 800-ə yaxın hərbçisini də Ukraynaya apardığını açıqlayıb.