Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müdafiəyə hazırlaşan Rusiya: Hərbi potensialı gələn ilin yayınadək bəs edəcək

Ukraynada müharibəni davam etdirmək üçün Rusiyanın hərbi potensialı azı 2023-cü ilin yayınadək çatacaq.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Vadim Skibiktski bildirib.

Onun sözlərinə görə, çox şey Ukraynaya beynəlxalq yardımdan, ilk növbədə, döyüş sursatı, silah və hərbi texnikanın verilməsindən və anti-Rusiya sanksiyalarından asılı olacaq.

V.Skibiktski deyib ki, hazırda Rusiya hərbi müdafiə kompleksinə tətbiq edilən sanksiyalar çox səmərlidir: "Sanksiyalar, ilk növbədə, raket silahlarının istehsalına tətbiq edilir. Xüsusən də dövlətimizə qarşı daha çox "Kalibr", "İsgəndər" kimi qanadlı raketlər istifadə olunub. Gələcəkdə hər şey bu amillərdən asılı olacaq. Amma Rusiyanın resursu da artıq tükənib. Düşmən başa düşsün ki, sonrakı döyüşlər onun üçün iflasa uğrayacaq. Sanksiyalar davam edir. Rusiyanın potensialı azı gələn ilin yayınadək davam gətirəcək”.

Vadim Skibitski onu da deyib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etmək üçün fəal müdafiə əməliyyatlarına hazırlaşır.

Onun sözlərinə görə, qarşı tərəf xüsusilə Ukraynanın cənubunda, Xerson vilayətində müdafiə əməliyyatına hazırlaşır: "İndi onlar öz mövqelərini bərpa etmək üçün ehtiyat yaratmağa çalışırlar".

V.Skibitski həmçinin bildirib ki, Rusiya rəhbərliyi müharibənin başlanğıcından etibarən ümumi səfərbərlik barədə düşünür: "Ümumi səfərbərliyin elanı Putin rejiminə ciddi zərbə olacaq. Çünki bu, Rusiyanın qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmədiyini, Putinin "xüsusi əməliyyatı"nın uğurlu nəticələnmədiyini etiraf etmək olacaq. Rusiyada ümumi səfərbərliyin elan olunması bizə yalnız xeyir verəcək".