Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edilib

Müdafiə Nazirliyinin tabeliyindəki Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Rəşad Məlikzadə həbs edilib.

Bakı Hərbi Məhkəməsində onun barəsində  Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş vəsatətə baxılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

R.Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. Onun 9 milyon manata yaxın pulu mənimsədiyi bildirilir. (Unikal.org)