Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müdafiə Nazirliyindən KİV-ə ÇAĞIRIŞ

Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi təxribatla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Kütləvi İnformasiya Vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Pressklub.az-ın məlumatına görə, müraciətdə yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilməsi, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatlarının paylaşılmaması tövsiyə olunur: “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir".