MSK Vəfa Nağının şikayəti əsasında 6 məntəqədə seçkilərin nəticələrini ləğv edib
14 Sentyabr 2024
MSK dünənki iclasında 70 saylı Neftaçala Seçki Dairəsi üzrə deputatlığa namizəd, ictimai fəal Vəfa Nağının şikayətlərinə baxıb. O, kobud pozuntular və saxtalaşdırmalarla əlaqədar 23 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş edib.
Vəfa Nağı 86 videogörüntü və 49 protokolun fotoşəklini təqdim edib. Lakin MSK yalnız altı məntəqə üzrə nəticələrin ləğv olunmasını əsaslı hesab edib. Bu, dairə üzrə ümumi nəticəyə təsir etməyib, burada keçmiş deputat Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı liderlik edir.
Maraqlıdır ki, MSK Vəfa Nağının özünün şikayətlərin müzakirəsində iştirakına icazə verməyib.