Logo
news content
User
Kateqoriyalar

Xəbər

MSK üç seçki dairəsi üzrə şikayətləri araşdırır

Mərkəzi Seçki Komissiyası (MSK) 119 saylı Ağdam, 60 saylı Quba-Qusar, 73 saylı Masallı Cəlilabad, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində pozuntularla bağlı şikayətləri müəyyən edilmiş müddəti keçdiyinə görə geri qaytarıb. 

Bu barədə sentyabrın 9-da MSK-nın iclasında qərar qəbul edilib. 

İclasda MSK-nın sədri Məzahir Pənahov digər şikayətlər məsələsinə də toxunub. O, 22, 31 və 78 saylı seçki dairələrindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılacağını qeyd edib və həmin dairələrdən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri və medianı iştirakçılığa dəvət edib: "Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracayıq". 

M.Pənahovun sözlərinə görə, dairə seçki komissiyalarının qərarlarından şikayətlərin MSK-ya şikayətlərin vaxtı bitib və MSK bundan sonra ancaq 25 dairənin 49 məntəqəsindən daxil olmuş şikayətləri araşdıracaq.

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov da bildirib ki, parlament seçkiləri ilə əlaqədar 508 görüntü tirajlanıb, həmin görüntülər 25 dairədən 49 məntəqəni əhatə edir.