Logo
news content
User
Kateqoriyalar

Xəbər

MSK Bəcirəvan kənd bələdiyyəsinə seçkilərin nəticələrini etibarsız elan edib

Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:

"Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".

Sonda Bəcirəvan bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərara alınıb.

Qeyd edək ki, Bəcirəvan bələdiyyəsinin tərkibinə Ağcüyür və Bəcirəvan kəndləri daxildir.