Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin sükanı arxasına keçməkdən imtina edib.

59 yaşlı mütəxəssis fəaliyyətini klub səviyyəsində davam etdirmək istədiyi üçün bu addımı atıb.

Portuqaliyalı baş məşqçinin "canavarlar"la 2024-cü ilin yayınadək müqaviləsi var. O, sözləşmənin sonunadək paytaxt təmsilçisində qalmaq niyyətindədir.

Beləliklə, 2011-ci ildən U-21 yığmasının sükanı arxasında olan Rui Xorxenin müvəqqəti olaraq əsas komandaya rəhbərlik etmək ehtimalı yüksəkdir.