Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Mossad”ın rəhbəri ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona gedib

İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Qofman ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona gedib.

Bununla bağlı “Axios” məsələdən məlumatlı üç mənbəyə istinadən məlumat yayıb.

Qofmanın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifflə görüşdüyü bildirilib.

“Mossad” rəhbərinin Mayamiyə səfər edərək, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcəyi də gözlənilir.

Qeyd edək ki, son zamanlar İsrailin Baş naziri Benyamin Netanyahunun tez-tez ABŞ Prezidenti Donald Trampa zəng edərək, onu İrana hücum etməyə təşviq etməsi ilə bağlı xəbərlər yayılıb.