Merts ABŞ-a Ukrayna ilə bağlı xəbərdarlıq etdi - "Sürprizlər olmasın"
14 Noyabr 2026
Avropa nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə məzmunlu sülh danışıqları yaxın həftələrdə keçirilə bilər.
“The Guardian” bu barədə Almaniya kansleri Fridrix Merts Dublində Avropa İttifaqı liderlərinin görüşünün kuluarlarında bildirib.
"Yaxın həftələrdə ilk dəfə olaraq Avropa nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə məzmunlu sülh danışıqlarının keçiriləcəyi gözlənilir", - kansler, ABŞ-ni öz fəaliyyətini Avropa və Ukrayna ilə əlaqələndirməyə çağıraraq bildirib.
"Bəziləri bunun "Ankoricdəki ikinci hadisəyə" çevrilə biləcəyindən ehtiyat edirlər. Buna görə də mən mesajımızı Birləşmiş Ştatlara çox aydın şəkildə çatdırmaq istəyirəm: xahiş edirik, heç bir sürpriz olmasın. "Avropa Komandası" və "Ukrayna Komandası"nın tərkibində oynamağa davam edin", - kansler deyib.
Merts həmçinin qeyd edib ki, Avropanın Rusiya ilə Avropa təhlükəsizlik arxitekturasını müzakirə etməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, bu məsələ Ukrayna üzrə istənilən sülh prosesi çərçivəsində Moskvanın yeni tələbidir.