Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvanın mərkəzində ticarət mərkəzində güclü yanğın və partlayış - FOTOLAR/VİDEO

Rusiyanın Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzində partlayış baş verib.

“TASS”a istinadən xəbər verir ki, yanğın 7000 kvadrat metr ərazini əhatə edib.

Partlayışdan sonra binanın konstruksiyaları uçmağa başlayıb.

Ticarət mərkəzinin qəsdən yandırılması insidentin baş verməsinə əsas səbəblərdən biri kimi nəzərdən keçirilir.

Fövqəladə xidmət orqanlarının məlumatına görə isə “Meqa Ximki”dəki yanğına səbəb qısa qapanma olub. Bildirilir ki, yanğına səbəb binada aparılan qaynaq işləri zamanı yol verilən qayda pozuntusu olub. Belə ki, işçilər yanğını söndürə bilməyərək binanı tərk ediblər.

Yanğın nəticəsində 1 nəfər həlak olub.

Hipermarketin yanması nəticəsində dəyən zərər 20-30 milyard rubla çata bilər.

Hazırda yanğın davam edir.

https://www.youtube.com/watch?v=pw6S51bXzwA