Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvanın 180 km-dəki aviabazaya PUA ilə hücum olub, 2 strateji bombardmançı məhv edilib - FOTO

Rusiyanın Kaluqa vilayətinin "Şaykovka" qəsəbəsindəki aviabazaya pilotsuz uçuş aparatı (PUA) vasitəsilə zərbə ebdirilib.

Rusiya KİV-i xəbər verir ki, bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib.

Ukrayna Silahlı Qüvvələrindəki mənbə isə bildirib ki, hücum nəticəsində iki "TU 22M3" təyyarəsi məhv edilib.



Qeyd edək ki, "TU 22M3" səsdən sürətli strateji raketdaşıyan bombardmançı təyyarədir. Bu təyyarələr nüvə başlığı daşıya bilən uzaq mənzilli bombardmançı hesab edilir.

“Şaykovka” aerodromu cəbhə xəttində deyil, Ukrayna sərhədlərindən 350 km aralıda yerləşir.

Eyni zamanda, Kaluqadan Moskvaya düz xəttlə cəmi 160, avtomobil yolu ilə 180 və ya 2,5 saatdır.