Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvada gərgin anlar – ABŞ səfiri Rusiya XİN-ə cavab çatdırıb

Bu gün axşam saatlarında Moskvada gərgin anlar yaşanıb. Gərginlik ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya XİN-ə səfəri ilə bağlı olub.

Səfirin avtomobili nazirliyin binasına saat 19.30 radələrində (Bakı vaxtı ilə 20.30) yaxınlaşıb. Diplomat burada yarım saatdan çox vaxt keçirib. Daha sonra o, Rusiya XİN-in binasından ayrılıb.

Con Sallivan jurnalistlərin suallarını cavablandırmayıb.

Rusiya XİN-in yaydığı məlumatda bildirilir ki, Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Rusiyanın təhlükəsizliklə bağlı ikitrərəfli saziş layihəsinə cavab təqdim edib.

Məlumatda göstərilir ki, “görüş zamanı diplomatik missiyanın rəhbəri Vaşinqtonun Rusiyanın təhlükəsizliklə bağlı təqdim etdiyi ikitrərəfli saziş layihəsinə cavabını təqdim edib”.

Görüş ABŞ tərəfinin xahişi ilə baş tutub.

ABŞ dövlət katibi açıqlama verərək, diplomatik qaydalara uyğun olaraq yazılı cavabın necə olduğunu ictimaiyyətə açıqlamadıqlarını, eyni addımı Moskvadan da gözlədiklərini qeyd edib.

O, Moskvaya cavabın Ukrayna və Avropadakı müttəfiqləri ilə razılaşdırılmış şəkildə hazırlandığını qeyd edib.

NATO-dan verilən məlumatda isə bildirilir ki, Moskvanın əsas tələbləri qəbuledilməzdir və Rusiyanın təhlükəsizlik zəmanəti təklifinə böyük güzəştlər yoxdur.