Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvada 37 qutu və 7 konteyner insan qalığı tapılıb

Moskvanın Slavyanskaya meydanında bərpa işləri zamanı içərisində insan qalıqları olan yeddi konteyner və 37 qutu aşkar edilib.

Bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Qeyri-adi tapıntı barədə dərhal polisə məlumat verilib. Məlumata görə, qalıqlar bir gün əvvəl bərpa işləri zamanı tapılıb.

Mənbənin bildirdiyinə görə, tapılan qalıqların 16-17-ci əsrlərə aid olduğu ehtimal edilir. Onların 50 ildən çox müddətdir orada qaldığı güman olunur. Qutu və konteynerlər götürülərək morqa göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.