Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskva döyüşlərə hazırlaşır - Rusiya paytaxtında təhlükəsizlik tədbirləri görülür

Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıb.

Məlumata görə, Moskva vilayətində diversiya qruplarının mümkün təxribatı nəzarət altındadır. Polisə onların silahlarını ələ keçirmək cəhdləri barədə xəbərdarlıq edilib.

Xüsusi təyinatlı polis alayı operativ reaksiya tələb olunduğu halda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.