Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Moskva” batdı

Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri batıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sursatın partlaması nəticəsində zədələnən “Moskva” raket kreyseri yedəyə qoşulraq aparılan zamanı batıb.

Qeyd edək ki, Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub. "Moskva" kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmidən ibarət diviziyasının bir hissəsi idi.

Məlumat üçün bildirək ki, “Neptun” raketləri ilə vurulan Rusiyanın “Moskva” kreyseri Ukrayna ilə iki aylıq müharibədə ruslar üçün ən bahalı itki olub. Belə ki, Ukraynaya 26 milyon dollara başa gələn “Neptun” raketlərinin iki məqsədyönlü atışı Rusiyaya 750 milyon dollar itkiyə səbəb olub.