Logo
news content
User
Kateqoriyalar

Xəbər

MKİ-nin keçmiş rəhbəri: "Rusiyanın bütün qüvvələrini məhv edəcəyik"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus ABŞ-ın Putinin nüvə zərbəsinə necə cavab verəcəyini izah edib.

Petrius ABC News-a müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ Ukraynadakı bütün rus qoşunlarını və texnikasını məhv edəcək, həmçinin Qara dəniz donanmasını batıracaq.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin və Çeçenistan lideri Ramzan Kadırovun açıq şəkildə danışdıqları və Putinin özünün də dəfələrlə eyham vurduğu nüvə eskalasiyasına cavabı ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri verəcək.

“Biz <…> Ukrayna və Krımda döyüş meydanında görə biləcəyimiz və müəyyən edə bildiyimiz bütün şərti qüvvələri, eləcə də Qara dənizdəki bütün (Rusiya) gəmilərini məhv edəcəyik”, - Petreus bildirib.