Logo
news content
User
Kateqoriyalar

Xəbər

MKİ direktoru: "Rusiya 300 min əsgəri top yemi kimi cəbhəyə atacaq"

“Rusiya ordusunda çoxsaylı problemlər mövcuddur, canlı qüvvə çatışmazlığı onlardan biridir”.

UNIAN xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns CBS-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin 300 min əsgəri səfərbər edə bilsə belə, bu, onların top yemi kimi cəbhəyə atılması demək deyil: "Səfərbər olunanların çoxunun yaxşı təlim keçməyəcəyi, lazımi hərbi silahla təchiz olunmayacağı da problemlərdəndir. Onların maddi-texniki təminata ehtiyacı var. Putinin ordusunun çoxlu problemləri var və canlı qüvvə onlardan yalnız biridir”.

U.Börns Rusiya Prezidentinin nüvə təhdidlərini də şərh edərək deyib ki, indi bunun blef olub-olmadığını demək çox çətindir: "ABŞ kəşfiyyatı nüvə silahından istifadəyə hazırlıqla bağlı heç bir əməli sübut tapmayıb. Bizim görəcəyimiz iş bunu çox ciddi qəbul etmək, real hazırlıq əlamətlərini izləməkdir".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə əlaqədar qismən hərbi səfərbərlik elan edib. O, bu günlərdəki çıxışlarından birində nüvə silahından istifadə edə biləcəklərini və bunun blef olmadığını da söyləyib.