Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mixaylo Podolyak: "Bayraktar ideal silahdır"

Ukrayna prezidenti administrasiyası rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna Silahlı Qüvvələrinin Rusiya texnikasına qarşı fəal şəkildə istifadə etdiyi döyüş pilotsuz təyyarələrinin yaradıcısı Haluk Bayraktar ilə görüşüb. Podolyak bu barədə Twitter-də Haluk Bayraktarla birgə fotosunu yerləşdirərək yazıb.

O, Türkiyə istehsalı olan pilotsuz təyyarəsini bizim hərbçilərin əlində olan “super silah” adlandırıb.

“Rusiyanın zirehli texnikası yanır. Və yanmağa davam edəcək. Çünki “Bayraktar"lar istənilən problemi ideal şəkildə həll edir. Qələbə qazanacağımız üçün super silahın müəllifinə və atasına həmişə minnətdar olacağam", - o yazıb.