Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mixail Fyodorov yenidən müdafiə naziri olmaq istədiyini bəyan edib

Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov yenidən bildirib ki, hökumətə yalnız müdafiə naziri vəzifəsində qayıtmağa hazırdır.

Bu barədə “İnterfaks-Ukrayna” xəbər verir.

"Mən təklif olunan bütün variantlara görə Prezident Volodimir Zelenskiyə minnətdaram. Lakin bu gün dövlətdə döyüş meydanındakı hərbçilərdən başqa müharibənin gedişatını real olaraq müəyyən edən cəmi üç vəzifə var – Ukrayna Prezidenti, müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı. Məhz buna görə də mən müdafiə naziri vəzifəsindən başqa heç bir digər vəzifəyə razı olmuram", – M.Fyodorov jurnalistlərə bildirib.