Mirzoyan Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş
30 Avqust 2026
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkənin xaricdəki diplomatik xidmət orqanlarının rəhbərləri ilə birgə Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsinə baş çəkib.
Ermənistan mediası xəbər verir ki, ziyarət Ermənistan Xarici İşlər Nazirliyinin illik seminarı çərçivəsində baş tutub.
Keçid məntəqəsinə baxış zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan məntəqənin təmiri və yenidən təchiz edilməsi istiqamətində görülən işləri təqdim edib və keçid məntəqəsinin istismara hazır olduğunu vurğulayıb.