Mirzoyan: "Bir ay ərzində sülh sazişi imzalamağa hazırıq"
27 İyun 2024
Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Səmimi qəlbdən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və regionumuzda sülh bərqərar etmək imkanımız var. İnanıram ki, bu sülh regionun bütün xalqlarına və ölkələrinə xeyir verəcək”, - Ermənistanın XİN başçısı vurğulayıb.
O qeyd edib ki, Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması və 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlət sərhədinin müəyyən edilməsi əsasında münasibətləri normallaşdırmağa hazırdır.