Mirzoyan ABŞ-a gedir - Sonuncu dəfə Blinkenlə görüşəcək
14 Yanvar 2025
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edəcək və ABŞ-nin Dövlət katibi vəzifəsini tərk edən Entoni Blinkenlə görüşəcək.
Ermənistan KİV-i xəbər verir ki, Mirzoyanın ABŞ-yə səfəri yanvarın 14-də baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-də həmkarı Lloyd Ostinlə görüşüb və onunla vidalaşıb.