Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirmahmud Mirəlioğlunun səhhətində ciddi problem yarandı - Türkiyəyə aparıldı

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.

Bu barədə onun yaxınları APA-ya məlumat verib.

Bildirilir ki, bir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət M. Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə gedib.

O, Türkiyəyə ailə üzvləri ilə birlikdə yollanıb.

KXCP sədrinin səhhətində problemlərin ciddi olduğu bildirilir.