Logo
news content
User
Kateqoriyalar

Xəbər

Miqrantlar üçün tələ: Putinin hərbi xidmətlə bağlı yeni fərmanı nəyə xidmət edir?

Rusiya Prezidenti Vladimir Putin 1999-cu ildə qəbul edilmiş hərbi xidmət qaydalarına dəyişiklik edib.

Rusiya lideri xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində xidmətə cəlb edilməsi qaydasını müəyyən edən fərman imzalayıb.

Belə ki, dəyişikliyə əsasən Rusiyada xarici vətəndaşlığı olan şəxslər Silahlı Qüvvələrdə hərbi xidmət keçəcək.

Ekspertlərin fikrincə, bu fərman Ukrayna ərazisində "bataqlığa" düşmüş Rusiya ordusunun sırıalarına xaricdən muzdlu döyüşçülər cəlb etməyə imkan verəcək. Amma ən böyük təhlükə ölkə daxilindəki miqrantları gözləyir. Müşahidəçilər güman edirlər ki, Rusiya hakimiyyəti miqrantları müxtəlif yollarla, o cümlədən zor gücünə Ukrayna ərazisində hərbi əməlyyatlara cəlb edə bilər.