Minsk qrupunun ləğvi barədə qərar sentyabrın 1-də gözlənilir
27 Avqust 2025
Minsk qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında irəli sürülmüş qərar layihəsi bu qurumun iştirakçı dövlətləri arasında yayılıb.
Yerli saytların məlumatına görə, bunu bu gün, avqustun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, iştirakçı dövlətlər qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıb: "Qərarın sentyabrın 1-də qəbulu gözlənilir".