Logo
news content
User
Kateqoriyalar

Xəbər

Minsk qrupunun amerikalı həmsədri Bakıya gəlir. O necə qarşılanacaq? - VİDEO


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Filip Rikerin Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyini ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini elan edib.





Vedant Patelin sözlərinə görə, ABŞ diplomatı hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək, gələcək regional əməkdaşlıq üçün birbaşa və konstruktiv əməkdaşlıq yollarını tapmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək.




"Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər", - Leyla Abdullayeva deyib.





İyun ayında Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında danışarkən Minsk qrupunun "öldüyünü" söyləmişdi. O Filip Rikerlə görüşəcəkmi və görüşdə Minsk qrupu haqqında fikirlərini söyləyəcəkmi - bunlar bu həftə məlum olacaq.







Lakin Bakıdan fərqli olaraq, Yerevan müharibədən sonra kənarda qalmış ATƏT-in Minsk qrupunun vasitəçiliyində israr edir.





Ermənistan XİN-i vurğulayıb ki, "Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk qrupu" rəhbərliyi ilə tənzimləməsinin bərpası regionda uzunmüddətli sülh üçün "ilkin şərtlər" yarada bilər.





Vashington "Dağlıq Qarabağ münaqişəsinin" uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək "öhdəliyinə sadiq" olduğunu bildirir. Bu barədə ABŞ Dövlət Departamentinin avqust ayında yaydığı bəyanatında deyilir.





Açıqlamaya əsasən, səfir Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT-in Minsk qrupunun həmsədri kimi ikitərəfli qaydada məşğul olacaq.










ATƏT-in müşahidə missiyası





Azərbaycanla Ermənistan ATƏT MQ vasitəçiliyinə dair əks mövqelərdə dururlar.




Hazırda Ermənistanla Azərbaycan arasında danışıqlar həm Moskva, həm də Brüsseldə aparılır.





Ukraynadakı müharibəyə görə Qərblə Rusiya arasında ziddiyyətlər kəskinləşsə də, ikili vasitəçilik davam etməkdədir və tərəflərin ona qarşı açıq etirazları nəzərə çarpmır. Lakin onlardan fəqrli olaraq, vasitəçilər mövqelərini daha açıq ifadə edir.





Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Brüsseldə keçirilən Azərbaycan-Ermənistan liderlərinin üçtərəfli görüşündən əvvəl Moskva Brusselin vasitəçilik fəallığı arxasında "geosiyasi ambisiyalar"ın durduğunu bildirib.





"Aİ-nin Cənubi Qafqazdakı fəallığı geosiyasi ambisiyalarla müəyyən edilir. Fikrimizcə, bunun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real yardım istəyi ilə heç bir əlaqəsi yoxdur", - Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.










Əliyev, Michel, Paşinyan





Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Brüsseldə Azərbaycan-Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib




Rusiyanın tənqidçilərinə görə, Qərbin ünvanına sərt bəyanatlar verən və Azərbaycanla Ermənistanda hərbi qüvvə ilə təmsil olunmuş Rusiya ilk öncə öz vasitəçilik rolunu əlində saxlamaqda maraqlıdır.





Aprel ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Moskvada keçirilən birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlər "üçlüyünün" gələcək taleyi məlum deyil. Sergey Lavrovun sözlərinə görə, bu "anlaşılmazlığın" səbəbi ABŞ və Fransanın mövqedir.





ABŞ yüksək rütbəli diplomatının səfəri bölgədə gərginliyin artmasına təsadüf edir. Avqust və sentyabrın əvvəlində baş verən hərbi qarşıdurma hallarında ölən və xəsarət alanlar olub. Azərbaycan və Ermənistan gərginliyə görə bir-birini ittiham edirlər.





ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsinə görə bu, cənab Reeker-in regiona planlaşdırılan müntəzəm səfərlərindən birincisidir.