“Mimino”nun Bakıdakı həkimi: “İntizamsız idi, siqareti tərgidə bilmədi” - FOTO
17 Yanvar 2023
Xəbər verdiyimiz kimi, Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze 84 yaşında vəfat edib. O, böyrək xəstəsi olub və dializ proseduru vasitəsilə yaşayırmış.
Vaxtanq Kikabidzenin Bakıda da həkimi olub. Məşhur aktyorun dializ həkimlərindən biri həmyerlimiz Hikmət İsmayılovdur.
Nefroloq Vaxtanq Kikabidze ilə bağlı xatirələrini danışıb:
- Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze xəstəniz olub. O, bir pasiyent kimi intizamlı idi?
- Dializ xəstəliyinin məcburi iki seçimi var. Pasiyent ya dializlə yaşamalıdır, ya da ona böyrək köçürülməlidir. 20 ildir ki, dializlə yaşayan pasiyentlərimiz var.
Vaxtanq da 10 ildən artıq idi ki, dializlə yaşayırdı. O, həftədə üç dəfə dializ olurdu.
Bir pasiyent kimi o, intizamlı biri deyildi. Rejimə riayət etmirdi. Siqaret çəkirdi, tərgidə bilmirdi.
- Hikmət müəllim, Vaxtanqla hansı xatirələriniz var?
- O, çox pozitiv biri idi. Mərkəzimizə hər zaman xoş əhval və gülər üzlə gəlirdi. Vaxtanq insanlığın və mədəniyyətin bir professoru idi. Çox şadam ki, bu həyatda elə birini tanıdım. Tək müğənni, sənət xadimi kimi yox, onun vətəndaş mövqeyi mənim çox xoşuma gəlirdi.
O, tez-tez Azərbaycana gəlirdi. Çox xoşniyyətli, millətini və Vətənini sevən biri idi. O, üç-dörd saat dializdə olurdu. Biz tez-tez görüşüb söhbət edirdik, Vaxtanq siyasi proseslərə də öz fikrini bildirməyi çox sevirdi.
- Azərbaycan və azərbaycanlılara qarşı münasibəti necə idi?
- Vaxtanq Kikabidze Azərbaycan xalqına, mədəniyyətinə və incəsənət dünyasına yaxın biriydi. Özü də Azərbaycanda sevilirdi. Buraya gəldikdə həmişə bizim yanımızda olurdu. Vaxtanqın Azərbaycan və azərbaycanlılara qarşı münasibəti çox yaxşı idi. Eynilə mərkəzimizdəki hər kəs onu çox sevirdi. Mərkəzimizə nə vaxt gəlsə, bizə fərqli filmlər izləməyi tövsiyə edirdi. (Lent.az)