Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milyarder Əhmədovdan rüşvət alan fransalıya 12 il həbs kəsilib

Fransanın "Saur" şirkətinin vitse-prezidenti Anass Derraza Bakıda 12 il həbs cəzası kəsilib. Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovdan rüşvət almaqda ittiham olunan A.Derraza Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Məhkəməsi gedən dövrdə azadlıqda olan 41 yaşlı Derraz noyabrın 13-də hökm oxunanda məhkəmə zalında həbs edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli əmlakı leqallaşdırma) və 32.5, 311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddələri ilə təqsirli bilinib.