Logo
news content
User
Kateqoriyalar

Xəbər

Millimizi tamamilə məhv edən De Byazi: "Postumda qalacağam"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmadakı işini davam etdirəcək.

Bu barədə italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.

O, çətinliklərin olduğunu etiraf etsə də, Millətlər Liqasının sonunadək vəzifəsində qalacağını vurğulayıb.

66 yaşlı baş məşqçi İtaliya millisinin dünya çempionatından kənarda qalmasına da toxunub: "Bu, futbolun bir parçasıdır. Toylara getmək yaxşıdır, dəfn mərasimində iştirak etmək pis? Ötən ilin iyulunda qəhrəman olan Roberto Mançini bu gün axmaqdır? Avropa çempionluğunu qazananda hamı onu tərifləyirdi. Mançini hiss etdiyi şeyi etdi". (Report)