Logo
news content
User
Kateqoriyalar

Xəbər

Millimiz böyükhesablı qələbə ilə Millətlər Liqasında qrup ikincisi oldu - VİDEO

Futbol üzrə milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib. Qazaxlar artıq ötən turdan qrup liderliyini təmin etmişdisə, ardıcıl iki oyundur qalib gələn millimiz ikincilik uğrunda mübarizə aparırdı. Oyun millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Millimiz tarixində ilk dəfə ardıcıl 3 matçda meydanı qələbə ilə tərk edib.

Xallarını 10-a çatdıran yığmamız qrupu 2-ci pillədə başa vurub.

Qrupun digər oyununda Slovakiya Belarusu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Slovakiya 7 xalla 3-cü, Belarus isə 3 xalla qrup sonuncusu olub.

https://www.youtube.com/watch?v=k3CvzMqfvdY