Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milli Bank ötən il 2 500-dən çox yubiley, xatirə və investisiya pul nişanı satıb

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 2 530 ədəd yubiley, xatirə və investisiya pul nişanı satıb.

Bu barədə qurumun ötən ilin yekunları ilə bağlı idarəetmə hesabatında bildirilir.

Sənədə əsasən, yubiley və xatirə pul nişanlarının satışı Prezidentin İşlər İdarəsinə məxsus “Azərsuvenir” şirkəti, investisiya pul nişanlarının satışı isə müəyyən edilmiş agent banklar vasitəsilə həyata keçirilib.

AMB ötən il keçmiş prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkənin tarixində ilk dəfə yüksək əyarlı yerli qızıldan hazırlanmış 1 troy unsiya (31.1 qr.), 1/2 troy unsiya (15.55 qr.), 1/4 troy unsiya (7.78 qr.) və 1/10 troy unsiya (3.11 qr.) çəkilərdə investisiya pul nişanlarını, eləcə də 10 troy unsiya (311 qr.), 5 troy unsiya (155.5 qr.) və 1 troy unsiya (31.1 qr.) çəkilərdə yubiley pul nişanlarını tədavülə buraxıb. Bu yubiley pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.