Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Milan" məşqlərini onlayn keçirəcək

İtaliyanın "Milan" komandası koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.

Bu barədə "rossonyerlər"in baş məşqçisi Stefano Pioli "Sky Sport Italia"ya açıqlamasında bildirib.

O, futbolçuların “Zoom” onlayn platformasında məşqlərə qatılacaqlarını və dekabrın 30-da yenidən bir araya gələcəklərini söyləyib.

Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. "Milan" A Seriyasındakı növbəti matçını yanvarın 6-da "Roma"ya qarşı keçirməlidir.(Report)