Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi 1000-ə çatdı

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi karyerasında 1000-ci matçına çıxıb.

Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.

35 yaşlı forvard Argentina millisini heyətində DÇ-2022-nin 1/8 finalında Avtraliya ilə görüşdə meydana çıxıb. Bu, Messi üçün karyerasının 1000-cu qarşılaşması olub. Hücumçu ilk görüşünü 2003-cü ildə keçirib. O, "Barselona" ilə 778, PSJ ilə 53, Argentina millisi ilə isə 169 matçda meydanda olub.

Qeyd edək ki, Argentina Avstraliyaya 2:1 hesabı ilə qalib gələrək, dünya çempionatında 1/4 finala adlayıb.