Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur ukraynalı jurnalist Kiyev yaxınlığında yoxa çıxdı

Ukraynalı fotojurnalist Maksim Levinlə əlaqə kəsilib. Bu barədə UNİAN Levinin dostu Markiyan Liseyko və jurnalist Olena Maksimenkoya istinadən xəbər verir.

Onların sözlərinə görə, sonuncu dəfə Levinlə martın 13-də əlaqə saxlaya biliblər. Həmin gün o, müstəqil şəkildə döyüşləri lentə almağa gedib.

"Maksın işlədiyi ərazidə şiddətli döyüşlər başlayıb, ehtimal olunur ki o, yaralana və ya əsir düşə bilərdi", - Maksimenko yazır.

Maksim Levin Reuters, BBC və Associated Press kimi bir çox beynəlxalq media qurumları ilə fotojurnalist və sənədli fotoqraf kimi çalışıb.