Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur türk aktyor vəfat edib

Məşhur türk aktyor Ayberk Pekcan vəfat edib. Aktyor uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

O, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Ayberk Pekcan 1970-ci ildə Mersində anadan olub. O, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” seriallarında oynayıb. Azərbaycan tamaşaçısı onu “İhlamurlar Altında” filmindəki Əkrm obrazı ilə tanıyıb.



2010-cu ildə baş rolda oynadığı “Saçlar” bədii filmi milli və beynəlxalq kinofestivallarda mükafatlar alıb. 2012-ci ildə ekranlara çıxan “Aşk ve Devrim” filmindəki roluna görə 23-cü Ankara Beynəlxalq Film Festivalında “Ən yaxşı köməkçi kişi aktyoru” mükafatına layiq görülüb.

51 yaşlı aktyor son rolunu “Diriliş Ertuğrul” serialında canlandırıb.