Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur serial qəhrəmanı Ukraynada: qeyri-adi aksiya - FOTO

Martın 14-də Ukraynanın Lvov şəhərində qeyri-adi aksiya keçirilib. Pressklub.az Ukrayna mediasına istinadən xəbər verir ki, ukraynalıları dəstəkləmək məqsədilə Lvova gələn Fransanın tanınmış aktyoru, “Əfsanələr bürosu” (Bureau of legends) serialının baş rolunun ifaçısı Matye Kassovits və fotoqraf JR şəhərin mərkəzində nəhəng plakat açıblar.

Bu nəhəng təqdimatı onlar şəhər sakinləri ilə bərabər Opera Teatrının qarşısındakı meydanda həyata keçiriblər və ardınca şəhərin qədim hissəsindən keçirərək nümayiş etdiriblər.

Plakatda oynayan və gülümsəyən balaca qız təsvir olunub. “Layihənin məqsədi Ukraynada münaqişə zonasında uşaqların təhlükə altında olmasını hamıya çatdırmaqdır” – deyə Kassovits bildirib.

“Mübarizə aparmasaq, hamımız qurbana çevriləcəyik” – aktyor layihədə iştirakını belə izah edib.

Qeyd edək ki, məşhur aktyor Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günlərindən fəal şəkildə Ukraynaya dəstəyini ifadə edir.