Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur rusiyalı aktrisanın qızı Bakıya köçüb: “Hava gündə 5 dəfə dəyişir!” - FOTOLAR

Rusiyanın Əməkdar artisti Anastasiya Zavorotnükun qızı – model, aktirsa və bloqer Anna Zavorotnük Bakıdadır.

Bu barədə o, instaqramda paylaşım edib.

Aktrisa Azərbaycanın paytaxtı haqda təəssüratlarını bölüşüb: “Hava gündə beş dəfə dəyişir! Mən heç vaxt bir neçə saatın içində paltomu bu qədər geyinib-soyunmamışdım. Soyuq məhz küləkdən olur, o, yetərincə güclüdür”.

Zavorotnük İçərişəhərə heyran qaldığını bildirib: “İçərişəhər memarlığı ilə bəzi yerlərdə Parisi, bəzi yerlərdə isə İstanbulu xatırladır. Demək olar, hər yerdə dadlıdır, xüsusilə də ət, steyklər, kabablar, dönərlər. İnsanlar çox mehriban və qonaqpərvərdirlər”.

O, Bakıda dadlı suşi və rollar tapmaqda çətinlik çəkdiyini qeyd edib: “Bununla yanaşı burada mənim sevimli yapon yeməyiminin kultu yoxdur. Burada dadlı suşi və rollar tapmaq çətindir”.

Qeyd edək ki, Anna Bakıya sevgilisi ilə bir yerdə gəlib. O, Bakını çox sevdiyini və həyatının bir hissəsini bu şəhərlə bağlayacağını, iki şəhərdə yaşamaq istədiyini bildirib.