Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur fransız aktyoru vəfat edib - "Oyuncaq" filminin qəhrəmanı idi

Fransanın məşhur aktyoru Mişel Buke 96 yaşında vəfat edib.

“RİA Novosti” xəbər verir ki, o, keçmiş SSRİ ərazisində 1976-cı ildə çəkilmiş “Oyuncaq” filmindəki rolu ilə məşhurdur.

Qeyd edək ki, Mişel Buke 1925-ci il noyabrın 6-da Parisdə anadan olub. İlk dəfə 1947-ci ildə “Müsyö Vensan” filminə çəkilib. İki dəfə Sezar mükafatına layiq görülüb. Bir sıra dövlət və mədəniyyət mükafatları ilə təltif olunub. 2007-ci ildə ona Fransanın Fəxri legion ordeni verilib.