Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur azərbaycanlı ifaçıların adı cinayət işində: Jony və Hammali & Navai nədə ittiham olunurlar

Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçılar Jony və Hammali & Navai duetinin adı cinayət işində hallanır.

Bu barədə “Komsomolskaya pravda” nəşri xəbər verir.

Belə ki, Rusiya polisinə “Dom-2” telelayihəsinin eks-iştirakçısı Alina Yan (Saakyan) prodüser Alina Raşidovadan şikayət edib. O, prodüseri külli miqdarda pulu mənimsəməkdə ittiham edib.

A.Yanın sözlərinə görə, A. Raşidova əlbir olduğu şəxslərlə ondan 8 milyon rubla (187 000 AZN-dən çox) yaxın pul alıb.

A. Yan bildirib ki, prodüser onu Jony-nin klipində çəkəcəyini söz verib, lakin pulu aldıqdan sonra yoxa çıxıb və sözünə əməl etməyib.

Nəşrin məlumatına görə, artıq Hammali & Navai və Jony polis bölməsinə çağırılıblar. Belə ki, A. Yan 350 min rubl (8 000 AZN-ə yaxın) qarşılığında duetin klipində çəkilib, digər ifaçı ilə əməkdaşlıq üçün isə 600 min rubl (13,6 min AZN-dən çox) pul yatırıb. (Qafqazinfo)