Logo
news content
User
Kateqoriyalar

Xəbər

Merts: Ukraynanın uduzması Putinə növbəti müharibə üçün vaxt verəcək

Almaniya kansleri Fridrix Merts bildirib ki, Almaniya Ukrayna və Rusiya arasında istənilən şərtlər daxilində sülhün əldə olunmasını istəmir.

Bu barədə “The Guardian“ məlumat yayıb.

Məlumata görə, Ukraynanın kapitulyasiyası Moskvaya növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək. O bildirib ki, müharibə dayandırılmalıdır. Lakin bu kapitulyasiya yolu ilə olmamalıdır.

"Biz Ukraynanın təslim olmasını istəmirik. Belə bir təslim olmaq Rusiya üçün yalnız vaxt qazanacaq və Putin bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək", - Merts deyib.