Logo
news content
User
Kateqoriyalar

Xəbər

Merts: Rusiya ilə münaqişə vəziyyətindəyik

Almaniya kansleri Fridrix Merts bildirib ki, ölkəsi Rusiya ilə münaqişə vəziyyətindədir.

O, bunu Fransanın LCI telekanalına müsahibəsində deyib.

"Biz artıq Rusiya ilə münaqişə vəziyyətindəyik", - Almaniya hökumətinin başçısı bildirib.

Onun fikrincə, bu vəziyyət Rusiyanın Almaniyanın əksər hissəsində sabitliyi pozması və sosial şəbəkələr vasitəsilə müdaxilə əməliyyatları aparması ilə bağlıdır. Mertsin sözlərinə görə, kəşfiyyat xidmətləri ona hər gün infrastruktura hücumlar və Rusiyanın ictimai rəyə təsiri barədə məlumat verir.