Mərkəzi Asiyada vəziyyət yenidən qarışdı - Qırğızıstan-Tacikistan sərhədində atışma gedir
27 Yanvar 2022
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti Tacikistanla sərhəddə gərgin vəziyyət barədə məlumat yayıb.
TASS xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının zabitləri birtərəfli qaydada Batkenin bölməsini bağlayıblar.
Milli Təhlükəsizlik Dövlət Komitəsinin Batken vilayəti üzrə idarəsinin rəisi Kyyalbek Tolonbayev və Batken sərhəd dəstəsinin rəisi Rüstəm Mirşakirov həmin əraziyə gediblər. Sərhəd bölmələri gücləndirilmiş xidmət rejiminə keçirilib.
İki ölkənin sərhəd xidmətlərinin nümayəndələri arasında aparılan danışıqların yekunlarına əsasən, Batken-İsfana yolunun həmin ərazidəki hissəsi yenidən açılıb.
Buna baxmayaraq, axşam saatlarında Tacikistan tərəfinin silahdan istifadə etməsi və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd bölmələrini atəşə tutması səbəbindən vəziyyət daha da pisləşib.
Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatan və qumbaraatanlardan istifadə edir. Tacik mətbuatı 3 hərbçisinin yaralandığı barədə məlumat verib.
Sərhəddə yerləşən Qırğızıstan qəsəbələrinin sakinləri atışma səbəbindən evlərini tərk etməyə başlayıblar.
Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb ki, Tacikistan tərəfi sərhəddə atəşkəs tələblərinə məhəl qoymur.
Qırğızıstan Sərhəd Xidməti bildirib ki, tacik hərbçiləri Qırğızıstanda elektrik xətləri və sərhəd postlarını atəşə tutur.
Qeyd edək ki, Tacikistanla sərhəddə vəziyyətin gərginləşməsindən sonra Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb.
Yaranmış gərginliklə əlaqədar Qırğızıstan Operativ Qərargah yaradıb.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir, Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.