Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mərkəzi Asiya "söndü": Qazaxıstan, Qırğızıstan və Özbəkistanın elektrik təminatında problem yaranıb

Mərkəzi Asiyada enerji sistemində baş verən qəza Qazaxıstan, Qırğızıstan və Özbəkistanda böhrana səbəb olub. Bu ölkələrin elektrik enerjisi təminatında ciddi problemlər yaranıb.

Elektrik enerjisi təchizatında problemlər Qazaxıstanın Almatı vilayəti və Almatı şəhərində müşahidə olunur. Almatı ilə yanaşı, qonşu regionlarda da elektrik enerjisi təchizatında problem yaranıb.

Qonşu Qırğızıstanın əksər ərazilərində, o cümlədən paytaxt Bişkekdə də işıqlar sönüb.

Daşkənd metropoliteni də elektrik enerjisinin olmaması səbəbindən fəaliyyətini dayandırıb. Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq hava limanı daxili və xarici reyslərin qəbulunu dayandırıb.

Qırğızıstan və Qazaxıstanda elektrik enerjisi təchizatı ilə bağlı problemlər qalsa da, yerli hava limanları təyyarə reyslərini qəbul etməyə davam edir.