Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mənzil bazarında qiymətlərin kəskin artımı nə ilə bağlıdır?

Son vaxtlar əmlak alqı-satqısı və kirayə mənzil bazarında qiymətlərin artımı müşahidə olunur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bildirib ki, son iki ayda mənzil bazarında qiymətlər kəskin artıb.

Onun sözlərinə görə, qiymət artımının əsas səbəbi mənzil qıtlığının olmasıdır:

"Belə ki, mənzil alanların çoxu evlərini kirayəyə verir. Həmin evləri alanların çoxu da evi kreditlə alanlar olur. Paytaxtda elə binalar var ki, istismar müddətini başa vurub. Rəsmi məlumatlara görə, paytaxtda yüz qırxa yaxın qəzalı bina var. Belə binalarda da qiymət artımı müşahidə olunur. Köhnə və qəzalı binalarda mənzillərin bahalaşmasının əsas səbəbi pilot layihələr üzrə həmin binaların sökülüb əvəzində yeni binaların tikilməsidir. Sökülən binada mənzili olan şəxsə yeni tikiləcək binada təmirli və 20 kvadratmetrdən artıq mənzil verilir. Bundan başqa, yeni bina tikilənə qədər mənzil sahibinə kirayə pulu ödənilir. Belə hallara görə də qiymət artımı baş verir. Bu baxımdan, kirayə bazarında ciddi problemlər yaşanır. Ucuz kirayə mənzillər də əsasən bu sökülən binalarda olur. Bununla yanaşı, sökülən binadakı kirayə mənzillər də bazardan çıxır".