Məktəblərin istilik təminatı ilə bağlı operativ qrup yaradılıb
16 Noyabr 2021
Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün nazirlikdə operativ informasiya qrupu yaradılıb.
Qeyd olunub ki, bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olacaq: "Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi “Whatsapp” xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür".
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) təmin olunur.