Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəmə Sarkozini azad edib

Paris Apellyasiya Məhkəməsində Fransanın sabiq Prezidenti Nikola Sarkozinin həbsdən azad olunması ilə bağlı müraciətinə baxılıb.

"BFMTV" telekanalı məlumatına görə, məhkəmə Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsi haqqında qərar qəbul edib.

Keçmiş prezident oktyabrın 21-dən bəri həbsxanadadır.

Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya lideri Müəmmar Qəddafinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı iş üzrə beş il müddətinə azadlıqdan məhrum edilib.