Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəmə Əziz Orucovu azad etməyib

Bu gün Səbail Rayon Məhkəməsində “Kanal-13”ün rəhbəri Əziz Orucovun işi üzrə hazırlıq iclası keçirilib.  İclasa hakim Günel Səmədova sədrlik edib.

Müdafiə tərəfi Orucovun hərəkətlərində cinayət tərkibinin olmaması səbəbindən məhkəmədən cinayət işinə xitam verilməsini xahiş edib, vəkil Fəxrəddin Mehdiyev bildirib.

Digər vəkil Bəhruz Bayramov məhkəmədən xahiş edib ki, birinci vəsatət təmin olunmadığı təqdirdə heç olmasa Orucov ev dustaqlığına buraxılsın.

Lakin hər iki vəsatət təmin edilməyib.

Məhkəmə dinləmələri yanvarın 8-nə təyin edilib.

“Kanal”13-ün digər əməkdaşı Şamo Eminovun barəsində iş ayrıca icraata götürülüb.

Əziz Orucov 27 noyabr 2023-cü ildə özbaşına tikinti ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Lakin ibtidai istintaqın yekunlarına əsasən qaçaqmalçılıq ittihamı ləğv edilib.

İş məhkəməyə Cinayət Məcəlləsinin 188.2-ci maddəsi (mülkiyyət hüququ olmayan ərazidə icazəsiz tikinti işləri) üzrə verilib. Orucov ittihamları rədd edir. Hüquq müdafiəçiləri Əziz Orucovu siyasi məhbus kimi tanıyıblar.