Məhkəmə Əli Kərimli barəsində edilən şikayəti icraata götürüb
12 Sentyabr 2024
Avqustun 13-də Babək Pənahovun sədrliyi ilə Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə hazırlıq iclası başa çatıb.
Məhkəmə şikayəti icraata qəbul edib. Mahiyyəti üzrə dinləmələr sentyabrın 19-na təyin edilib.
Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə Kərimlinin məsuliyyətə cəlb olunmasını tələb edir.
İddiaçı onun şikayətindən sonra məhkəmənin AXCP-nin qurultayı barədə qərarı ləğv etməsilə bağlı Kərmlinin şərhini "böhtan" adlandırıb.
Əsasən Kərimliyə aşağıdakı fikirlərilə bağlı iddialar irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 "lehinə", bir "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb.
Kərimli qeyd edib ki, hazırkı proses "Azərbaycanın məhkəmə sistemi üçün sınaq" olacaq. Məhkəmə şikayəti təmin edərsə, bu, rejimin özü üçün rüsvayçılıq olacaq, çünki " hakimiyyətlə əməkdaşlıq" şərəf və ləyaqətə təhqir kimi tanınacaq, partiya lideri qeyd edib.
Şikayət təmin olunarsa, Əli Kərimlini 6 ay müddətinə azadlıqdan məhrumolunma cəzasına qədər müxtəlif cəza növü təhlükəsi gözləyir.