Logo
news content
User
Kateqoriyalar

Xəbər

Medvedev ortaya çıxdı və hədələdi: “Patriot”lar hərbi hədəfimizə çevriləcək"

“Patriot” kompleksləri şəxsi heyətlə birlikdə Kiyevə çatdırılsa, onlar Moskvanın hərbi hədəflərinə çevriləcək".

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev teleqram kanalında yazıb.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunları üzrə mətbuat konfransında bildirib ki, təşkilat hazırda Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsini müzakirə edir.